1 May 2019
Mətni dəyiş
Bu gün, mayın 1-də yüzlərlə qazax ölkənin böyük şəhərlərində mitinqə çıxıblar. Vətəndaşlar ölkədə növbədən kənar seçilərə, paytaxt Astananın adının dəyişdirilməsinə, onlarla siyasi məhbusun hələ də həbsdə saxlanılmasına etiraz edirlər. Bu haqda Orta Asiya ölkələrindən xəbərlər yayan "Fergana.agency" xəbər agentliyi məlumat yayıb.
Alma-Ata-da etirazlar günorta saat 13:00-da Qorki adına parkda başlayıb. Etirazçılar: "Seçki haqqımız var", "Nur-Sultan - bizim paytaxtımız deyil", "Tokayev - bizim prezidentimiz deyil", "Dariqa bizim parlamentin spikeri deyil", "Oyan qazax!". Toplaşanlar həmçinin siyasi məhbuslar Muxtar Djakşievin, Aron Atabeyin və Aygül Akberdinin həbsdən azad olunmasını tələb ediblər. Mitinqçilərin başqa bir tələbi isə ölkədə tikilməkdə olan Atom Elektrik Stansitasının tikintisinin dayandırılması olub.
Paytaxt Nur-Sultanda isə nümayişçilər Astana Konsert Zalı yaxınlığında yürüş edərək oxşar çağırışlar səsləndiriblər.
“Adamlar yorulub”, “Hökumət rədd olsun” kimi şüarlar da eşidilib.
İcazəsiz nümayişlər keçirilən yerlərdə polis əməkdaşlarının sayı artırılıb. Hüquq-mühafizə əməkdaşları etirazçıları dağılışmağa çağırıb.
Nur-Sultanda polis dəyənəklərə əl atıb, bir neçə etirazçı saxlanıb, sonradan polis avtobusundan buraxılıb.
Qazaxıstanın xaricdə fəaliyyət göstərən müxalif hərəkatı "Qazaxıstanda demokratik seçilər"in lideri Muxtar Ablyazov bütün qazaxları mayın 1-də mitinqə çıxmağa çağırmışdı. Qazaxıstanın baş prokuroru isə vətəndaşların razılaşdırılmamış mitinqə görə məsuliyyətə cəlb olunacağı ilə bağlı xəbərdarlıq etmişdi.
Qazaxıstanda növbədən kənar mitinqlə iyunun 9-na təyin olunub. Ümumilikdə səkkiz nəfər prezidentliyə namizəd var. İstefa vermiş prezident Nursultan Nazarbayev və onun iqtidarda olan partiyası "Nur-Otan" hal-hazırda prezident vəzifəsini icra edən Qasım-Comərd Tokayevin namizədliyini dəstəkləyib. Müxalifət seçkiləri baykot edir.