Prokurorluq SOCAR haqqında məqaləyə görə baş redaktora xəbərdarlıq edib

Prokurorluq SOCAR haqqında məqaləyə görə baş redaktora xəbərdarlıq edib
15 May 2019
Mətni dəyiş

Criminal.az saytının rəhbəri Anar Məmmədov mayın 15-də Bakı şəhər Prokurorluğuna dəvət edilib.

Jurnalistlə prokuroluğun İstintaq idarəsinin rəisi Rəşad Mansurov iki saatadək söhbət apardıqdan sonra azad buraxılıb.

“Dünən bir ilə yaxın prokurorluqda saxlanılan “macbook”umun qaytarılacağı üçün Bakı şəhər Prokurorluğuna dəvət edildiyim deyilsə də, səbəb başqa idi – SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti). Mən SOCAR haqda yazılar verdiyimə görə, bundan öncə də prokurorluğa çağırılmışdım. Rəşad Mansurovla söhbətim zamanı, o, belə yazıları dayandırmağımı tövsiyə etdi. Niyə, hansı səbəbdən SOCAR haqqında məqalələr yaydığımı söruşdu. Heç bir məqsədimin olmadığını dedim.

Baş redaktorun sözlərinə görə, SOCAR-dan criminal.az saytına haker hücumlarını dayandırması ilə bağlı prokurorluq rəsmisindən xahiş edib.

"Bundan başqa SOCAR-ın məni maddi şirnikləndirmə yolu ilə ələ almaq niyyətini Mansurovun diqqətinə çatdırdım. Bütün söhbətimizin əsası “SOCAR-dan yazma” idi. İstintaq idarəsinin rəisi Rəşad Mansurov “macbook”un barəmdəki məhkəmə qərarı qüvvəyə minməmişdən qabaq mənə qaytarılması üçün rəhbərliyə ərizə yazmağımı məsləhət gördü. Ərizəmi yazdım və prokurorluqdan çıxdım", deyə jurnalist açıqlamasında bildirib.

Onun sözlərinə görə, Mansurovdan dəfələrlə SOCAR-la bağlı hər hansı şikayətin olub-olmaması sualıma cavab ala bilmədim. Baş redaktor deyir ki, SOCAR haqqında yazılarına görə qeyri-rəsmi olaraq şəhər prokurorluğuna çağırılır və şifahi də olsa xəbərdarlıq alır.

Criminal.az saytı son günlər meydan.tv saytında və sosial şəbkələrdə dərc edilən “SOCAR prezidenti Rövnəq Abdullayevə bağlı şirkətlər”, “Əhmədzadə qardaşlarının “SOCAR Trading”dəki özəl biznesi”, “Rövnəq Abdullayevin oğlunun Türkiyədəki varidatı: Şirkətlər, otellər, restoranlar, əyləncə mərkəzləri, daşınmaz əmlak biznesi…” , “Mübariz Mənsimovun gəmiləri Hacı Məmmədovun oğurlayıb qulağını kəsdiyi şəxsə verilibmiş”, “Londonda 6 milyon funt sterlinqə mənzili kim alıb? – O, milyonluq at minir…” və digər araşdırma yazılarını dərc edib.

“Rəşad Mansurovla söhbətim zamanı, o, belə yazıları dayandırmağımı tövsiyə etdi. Niyə, hansı səbəbdən SOCAR haqqında məqalələr yaydığımı söruşdu. Heç bir məqsədimin olmadığını dedim”.

2019-cu il martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədova 5 il 6 ay şərti cəza verib.

Hökmə əsasən, Anar Məmmədov Gəncə şəhərinin icra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin güllələnməsi, onun vətəndaşlarla kobud münasibəti, bu üzdən şəhərin mərhum polis rəisi Rasim Musayev aralarında yaranana insident barədə yazılara görə Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Ona 2 il sınaq müddəti təyin olunub. Bu müddətdə müvafiq orqanlara xəbər vermədən yaşayış yerini dəyişə, ölkəni tərk edə bilməz.

Jurnalist özünü təqsirli bilmir. Məhkəmənin hökmündən apellyasiya şikayəti verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun