Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Mehman Hüseynov mayın 7-dən Avropaya ikinci işguzar səfərinə başlayıb.
Bu barədə Abzas-a açıqlama verən M.Hüseynov bildirib ki, Avropanın bir neçə şəhərində tədbirlərdə, görüşlərdə olacaq, sonra isə ABŞ-a səfərə gedəcək.
"İlk olaraq Strasburqda və Brusseldə beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərim olacaq, həmçinin media ilə bağlı tədbirlərdə iştirak edəcəm. Daha sonra ABŞ-a səfər edəcəm, orda da nüfuzlu ictimai-siyasi şəxslərlə görüşlərim olacaq".
Mehman Hüseynov bildirib ki, görüşlərində Azərbaycanda mətbuatın vəziyyəti, həbsdə olan jurnalistlərin, siyasi məhbuslar kimi məsələləri müzakirə edəcək.