Hər il dünya zənginlərinin siyahısını hazırlayan "Bloomberg" xəbər agentliyinin məlumata görə Gürcüstandakı hakim "Gürcü arzusu" partiyasının rəhbəri Bidzina İvanişivili varidatına görə dünyada 340-cı yerdə qərarlaşıb. Onun hazırda 5.3 milyard dollar dəyərində varidatı var.
"Bloomberg" yazır ki, onun varidatı Gürcüstan ümumi daxili məhsulunun 34 %-nə bərabərdi və təxminən Gürcüstanın ixrac etdiyi bütün məhsulların iki qatına qədərdir.
Xatırladaq ki, bu Gürcüstanda adambaşına düşən illik gəlirdən təxminən 49532 dəfə çoxdu. Xəbərdə həmçinin o da deyilir ki, İvanaşvili bu il öz varidatı 300 milyon dollar artıra bilib. O bu pulla o hazırda ABŞ-da satışda olan evlərin 0.34%- ni ala bilər.
İvanaşvilinin təsis etdiyi partiya 2012-ci ildə Gürcüstanın eks prezidenti Saakaşviliyə qalib gəlib və 2012-2013-cü illər ərzində Gürcüstanın Baş Naziri olub. Bir illik hakimiyyətdən sonra o vəzifəsindən könüllü şəkildə istefa verib.