İran 2015-ci ildə böyük dünya dövlətləri ilə imzaladığı nüvə razılaşmasının bəzi öhdəliklərinə rəsmi olaraq əməl etməkdən imtina edib.
Bu haqda İranın atom agentliyinin rəsmisi yerli İSNA agentliyinə müsahibəsində deyib.
Keçən həftə İran Çini, Fransanı, Almaniyanı, Rusiyanı və Böyük Britaniyanı nüvə razılaşmasının bəzi şərtlərindən imtina edəcəyi ilə bağlı xəbərdardar etmişdi.
İran bu qərara ABŞ-ın İranla bağladığı nüvəzisləşmə müqaviləsindən çıxması və Tehrana qarşı sanksiyaların bərpsından bir il sonra gəlib.
Nüvə razılaşmasına görə Tehran 300 kq-dan çox aşağı zənginləşdirilmiş uran və 130 tondan çox ağır su istehsal edə bilməz. Bu rəqəmdən artığını İran saxlamaq yaxud satmaq üçün ölkədən kənara çıxarmalıdır.
İran atom agentliyinin rəsmisi deyir ki, bundan sonra Tehran həmin mühdudiyyətlərə əməl etməyəcək.