İntihar etmiş şagirdi şok vəziyyətinə sorğu-suala çəkən məmur işdən azad edilib

İntihar etmiş şagirdi şok vəziyyətinə sorğu-suala çəkən məmur işdən azad edilib
27 May 2019
Mətni dəyiş

Bu ilin aprelində intihar etmiş, 162 saylı məktəbin şagirdi Elina Hacıyevanı şok vəziyyətində sorğu-sual edən direktorun rəfiqəsi və İcra Hakimiyyətinin işçisi postunu itirib.

Səbail rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının sədri Xalidə Bayramova vəzifəsindən azad olunub.

“Modern.az” saytı rayon İcra Hakimiyyətinə istinadən bu barədə məlumat yayıb.

Bildirilib ki, Xalidə Bayramovanı hüquq şöbəsinin müdiri Yaqub Nəcəfli əvəz edəcək.

Bununla belə, o, Səbail rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsində qalıb.

Aprelin 4-də 162 saylı məktəbin şagirdi olmuş 14 yaşlı Elina Hacıyevanın intiharından sonra ictimaiyyət tərəfindən ittiham olunanlardan biri də Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyasının üzvü, YAP Səbail rayon təşkilatının sədr müavini, Respublika Uşaq Fondu Səbail rayon şöbəsinin sədri Xalidə Bayramovadır.

Meydan.TV-nin əldə etdiyi məlumata görə, Elina Hacıyevanı şok vəziyyətində sorğu-suala tutan şəxs məktəbin direktoru Sevinc Abbasovanın yaxın rəfiqəsi, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramovadır.

Xalidə Bayramova 1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvü, YAP Səbail rayon təşkilatının sədr müavini, Respublika Uşaq Fondu Səbail rayon şöbəsinin sədridir. “Ziyalı Qadınlar Klubu”nun təsisçisi və sədridir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun