Gürcüstanın Marneuli şəhərində keçirilən seçkilərdə azərbaycanlı mer seçilib

Gürcüstanın Marneuli şəhərində keçirilən seçkilərdə azərbaycanlı mer seçilib
20 May 2019
Mətni dəyiş

Mayın 19-u Gürcüstanda növbədənkənar mer seçkiləri keçirilib. Seçkilər 410 seçki məntəqəsinə keçib və ümumilikdə seçkilərdə 402091 seçici iştirak edib.

Növbədənkənar seçkilər ölkənin beş bələdiyyəsində keçirilib. Bunlar Marneuli, Zestafoni, Çiatura, Xulo və Zuqdidi şəhərləridir.

Azərbaycanlıların çox yaşadığı Marneuli rayonunda isə seçkilərdə dörd azərbaycanlı namizəd mer yeri uğrunda mübarizə aparıb.

Gürcüstanın Mərkəzi Seçki Komissiyası Marneuli rayonunda 90 seçki məntəqəsinin hamısı üzrə nəticələri elan edib.

“Gruziya online” portalınin xəbərinə görə, hakim “Gürcü Arzusu” partiyasının namizədi Zaur Darğallı səslərin 78,6%-ni əldə edərək Marneulinin meri seçilib.

Müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Aqil Mustafayev 11,49%, müxalif “Avropalı Gürcüstan” partiyasının namizədi Əhməd İmamquliyev 7,54%, müstəqil namizəd Əli Bədirov isə 1,21% səs toplayıb.

Qeyd edək ki, ötən gün Marneulidə keçirilmiş seçkilərdə rayon rəhbəri vəzifəsi uğrunda 15 namizəd mübarizə aparıb. Rayonda seçici fəallığı 35,82% təşkil edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun