28 May 2019
Mətni dəyiş
Gürcüstanda milli azlıqların təhsili, dövlət dilinin öyrənilməsi və onlara məxsus mədəni irsin qorunması aktual problemlər olaraq qalır”.
24News.ge xəbər verir ki, bu barədə Gürcüstan ombudsmanı Nino Lomkaria parlamentin İnsan haqları və vətəndaş inteqrasiyası komitəsinin iclasında illik hesabatın təqdimatında bildirib.
Onun sözlərinə görə, milli azlıqların qərar qəbuletmə prosesində lazımı səviyyədə iştirak etməməsi də problemli məsələlərdən biridir.
N.Lomkaria deyib ki, etnik və irqi zəmində dözümsüzlük Gürcüstanda kəskin problem olaraq qalır. O, bununla bağlı ötən ilin sentyabrında hüquq müdafiəçisi Vitali Səfərovun Tbilisidə ksenofobiya zəminində qətlə yetirilməsini misal çəkib.
İnsan haqları üzrə müvəkkil ölkədə dini etiqad azadlığı sahəsindəki problemlərə də toxunub: “Son illər ibadət yerlərinin inşası ilə bağlı baryerlər və dini dözümsüzlük halları müşahidə olunur. Bununla yanaşı, siyasi mühitdə fərqli dini baxışlara görə kəskin münasibət, kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə nifrət ritorikasına da rast gəlinir. Dini azlıqların əksəriyyəti üçün ictimai yerlər və mediaya çıxış əlçatan deyil”.