Gəncədəki hərbi hospital bağlanmaq ərəfəsindədi: 400-dən çox insan işsiz qalacaq

Gəncədəki hərbi hospital bağlanmaq ərəfəsindədi: 400-dən çox insan işsiz qalacaq
1 May 2019
Mətni dəyiş

Gəncə şəhərində yerləşən hərbi hospital bağlanması ilə bağlı xəbər yayılıb.

Bu barədə hospitalda işləyən vətəndaşlar gozetci.az saytına açıqlama veriblər. Məlumata görə, hazırda hospitalda hərbi həkimlərlə yanaşı 400 mülki tibb işçisi çalışır ki, onların əksəriyyəti aztəminatlı ailələrin nümayəndələridir.

Tibb bacısı Arzu Məmmədova sözlərinə görə, hospital rəhbərliyi müəssisənin mayın 10-na qədər bağlanacağını bildirib.

"Bizə dedilər ki, gedin özünüzə iş tapın. Bəziləri deyir ki, hospital Şəmkirə köçürüləcək. Bu xəbər isə hospitalın işçi heyəti arasında ciddi narahatlığa səbəb olub".

Hospitalda çalışan mülki həkim Abbasova Esmira bildirib ki, məsələ ilə bağlı birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub göndəriblər.

"Əgər ölkə rəhbərliyinə səsimizi teleqram, məktub yolu ilə çatdıra bilməsək, mitinq etməyi düşünürük. Çünki bu hospitalın bağlanması xeyli şəxsin işsiz qalması ilə nəticələnəcək".

Tibb bacısı Məmmədova Şəhla bildirir ki, hospitalda hazırda 320 xəstə var, 150 nəfər paratitdi.

"Bunlar nə fikirləşirlər? Bizimlə əmək müqaviləsi bağlanıb, bir cavabdeh çıxıb bu insanlara açıqlama versin. Dörd mərtəbəli yeni bina tikilib, əvvəlcə dedilər hospital o binaya köçürüləcək. Əgər hospital bağlanırdısa, büdcədən milyonlarla vəsait ayırıb o binanı niyə tikirdilər? Niyə bir nəfər çıxıb açıqlama vermir bu məsələ ilə bağlı?"

Bağlanmaq xəbəri yayılan hospital hələ keçmiş sovet dövründə istifadəyə verilmişdi. Hospital Birinci Qarabağ müharibəsi dövründən 1992-ci ildən bu günə kimi fəaliyyətdədir.

Rəsmi orqanlar mələsə ilə bağlı hələlik açıqlama verməyiblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun