“Gəncə işi” üzrə həbs olunanlardan üçü – Səbuhi Rəcəbov, Gülmirzə Nuruzadə və Eyruz Hacıyev aclıq aksiyasına başlayıblar. Bu barədə onların yaxınları bildiriblər.
Onlar qanunsuz həbsə, işgəncələrə məruz qalmalarına və ədalətsiz istintaqa etiraz edirlər. Həbs olunanlar bildiriblər ki, hüquqlarının bərpası tələbilə müddətsiz aksiya keçirəcəklər.