Bu haqda Gəncə hadisələri zamanı saxlanılanların hüquqlarını müdafiə edən
Oqtay Gülalıyev mətbuat üçün açıqlamasında bəyan edib.
Oqtay Gülalıyev bildirib ki, haqqında bəhs olunan
Müşfiq Qurbanov Gəncə hadisələrindən bir 1 il 5 ay öncə ölkəni tərk edibmiş. O son dəfə Gəncədə 2017-ci ilin fevral ayında olub və Moskvada yaşayıb işləyirmiş. Nəsimi Rayon Məhkəməsi onu 15 iyul 2018- ci ildə Gəncə hadisələrində iştirakı və Yunis Səfərovla əlaqəsi olmaqla ittiham edərək haqqında axtarış ela edib. Bu qərar və xahiş əsasında Rusiya tərəfi 22 oktyabrda Müşfiq Qurbanovu həbs edir və onun haqqında 6 aylıq həbs qəti imkan tədbiri seçir. Sonradan Müşfiqə Azərbaycan Cinayət Məcəlləsinin 20- yə yaxın ən ağır maddələri ilə ittiham irəli sürülür. Müşfiq Qurbanov Yunus Səfərovla birlikdə ağır cinayətlərdə- terror, adam öldürmə, dövlət çevrilişi, konstitusiya qurluşunu zorla dəyişdirmək, silah və s. kimi ittiham olunur
[caption id="attachment_77399" align="alignleft" width="197"]
Müşfiq Qurbanov[/caption]
Özünün və ailəsinin bildirdiyinə görə onun Yunus Səfərovla və ümumiyyətlə Gəncədə baş verən hadisəldə iştirakla heç bir əlaqəsi olmayıb. Olması da mümkün deyil. Çünki Müşfiq Gəncə hadisələrindən nə az, nə çox- düz 1 il 5 ay öncə Gəncəni tərk edib. Rusiya Miqrasiya İdarəsinin verdiyi rəsmi sənədlər də bu məlumatı təsdiq edir. Hazırda onunla bağlı heç bir istintaq hərəkəti aparılmır.
Oqtay Gulalıyev həmçinin onu da bildirib ki, Müşfiq Qurbanov ruhi-psixoloji baxımdan xəstədir. O, Gəncədə Ruhi-Əsəb Dispanserində və Moskvada qeydiyyatdadır. Qanunvericilik baxımdan belə insanların həbsdə olması yol verilməzdir. Moskvada yerli məhkəmə onun haqqında olan həbs-qəti imkan tədbirinin uzadılması ilə bağlı qərarında qeyd edir ki, Rusiya qanunvericiliyinə görə Müşfiq Qurbanov ona qarşı irəli sürülən ittihamlara görə ömürlük həbs cəzası ilə ittiham olunur. Amma o, ona qarşı irəli sürülmüş ittihamları qətiyyətlə rədd edir, özünü zərrə qədər də olsun günahkar bilmir. Özü və ailəsi, yaxınları onun səhətindən narahatdırlar və azadlığa buraxılmasını tələb edirlər. O, həbsxanada yalnız dərmanlarla özünü “müalicə edir”, hər an həyatını itirə bilər...