Ermənistanın daimi əhalisi bir ildə 7,8 min nəfər azalıb. Bu haqda Ermənistanın Statistika Komitəsi 2018-ci ilin 1 aprelinə olan məlumatlarla 2019-cu ilin göstəriciləriylə müqaisə edərək
məlumat yayıb.
Xəbərə görə Ermənistanın indiki əhalisi 2 milyon 962 min nəfərdir. Bununla belə hətta ilin əvvəlindən indiyə kimi də Ermənistanın əhalisi azalıb. Belə ki, yanvar ayından indiyə kimi ölkə əhalisi 3200 nəfər azalıb.
Həmçinin, Ermənistanın Statistika Komitəsinin aprelin 1-nə olan məlumatına görə ölkə əhalisinin yarısından çoxu (1 milyon 893 min nəfəri) böyük şəhərlərdə yaşayır. Əhalinin 1 milyon 81 mini isə paytaxt İrəvanda yaşayır. Məlumata görə Ermənistanın xüsusilə kənd əhalisinin 10 min 687 nəfəri ölkədən kənara gedib. Keçən il isə ölkənin kənd əhalisinin cəmi 6700 nəfəri ölkədən çıxmışdı.
Statistika Komitəsinin məlumatına görə 2019-cu ildə ölkədə doğulan uşaqların sayı da ötən illə müqaisədə 3,1 faiz yəni 8042 nəfər azalıb. Həmçinin, son bir ildə ölkədə ölüm halları da ötən illə müqaisədə 3,4 faiz yəni 7373 nəfər artıb.