Culian Assanc həbsxanada müalicə müəssisəsinə yerləşdirilib

Culian Assanc həbsxanada müalicə müəssisəsinə yerləşdirilib
30 May 2019
Mətni dəyiş
Wikileaks saytının komandası təşkilatın yaradıcısı Culian Assancın sağlamlığı ilə bağlı narahatlığını yayıb. Belə ki, Assanc xəstələndiyi üçün London Belmarş həbsxanasının tibbi müəssisəsinə köçürülüb. Bu haqda təşkilat mayın 29-da Twitter-də bəyanat yayıb. "Assancın sağlamlığı altı il Ekvador səfirliyində qaldıqdan sonra xeyli dərəcədə korlanıb. O çəkisinin böyük hissəsini itirirb. Bunu həbsxana rəhbərliyinin addımından da görmək olur, belə ki, həbsxana rəhbərliyi onun sağlamlıq problemlərini görərək, onu xəstəxanaya yollayıb" - deyə Wikileaks təşkilatı bəyan edir. Xatırladaq ki, Assancın ekstradisiyası ilə bağlı dinləmə işi mayın 30-da Londonun Vestministir məhkəməsində keçiriləcək. Assancın ekstradisiyasının ABŞ tələb edir. ABŞ məhkəməsi Assancı 17 maadə ilə ittiham edir. Bütün bu maddələr ABŞ müdafiəsinə aid olan gizli məlumatların qeyri-qanuni şəkildə əldə edilib yayılmasından bəhs edir. Əgər Assanca qarşı ittihamlar sübuta yetirilərsə onu 175 il həbs gözləyir. ABŞ-dan başqa İsveç prokurorluğu da Assanc haqqında cinayət tədqiqi aparır. O İsveçdə zorlama ilə suçlanır. Ona qarşı açılmış cinayət işi 2017-ci ildə sonlandırılsa da, yenidən başladılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun