Culian Assanc 50 həftəliyinə həbs olundu, məhkəmədə üzr istədi

Culian Assanc 50 həftəliyinə həbs olundu, məhkəmədə üzr istədi
2 May 2019
Mətni dəyiş
WikiLeaksin qurucusu Culian Assanc 2012-ci ildən bəri sığındığı Ekvadorun Londondakı səfirliyindən keçən ay zorla çıxarılaraq həbs olunmuşdu. İsveçdə zorlama ittihamı ilə haqqında cinayət işi qaldırılan Assanc Londondakı Southwark məhkəməsində mühakimə edilərək 50 həftəliyinə həbs edilib. Bu haqda ingilis "Guardian" qəzeti məhkəmədən reportaj yayıb. 47 yaşlı Assancı mühakimə edən hakim Debora Teylor ona bildirib ki, 7 ildir Ekvador səfirliyinə gizlənərək məhkəmədən yayınıb və buna görə də ingilis vergi mükəlləflərinə 16 milyon sterlinq zərər vurub. Assanc 2012-ci ildə polisə təslim olmaqdan boyun qaçırdığı üçün üzr istəyib, onun vəkilləri Assancın ABŞ-dan qorxduğu üçün belə bir addım atdığını deyiblər. Xatırladaq ki, bundan öncə 2010-cu ildə İngiltərədəki başqa bir məhkəmə Assancı qadına qarşı zorakılıqda iitham edərək İsveçə ekstradisiya etmək qərarına gəlmişdi, Assanc isə İsveçin onu ABŞ-a verməsi riskinə görə Ekvadorun Londondakı səfirliyinə sığınmışdı. İsveçdə onunla bağlı açılmış cinayət işinə isə 2017-ci ildə xitam verilmişdi. Assanc həbs olunduqdan dərhal sonra ABŞ onunla bağlı cinayət işi qaldırıb. Assanc dövlətin gizli sənədlərini yaymaq məqsədiylə amerikan hərbi kəşfiyyat analisti Çelsi Manninqlə əlbir olub. Barak Obama dövründə başladılan cinayət işində Assanca qarşı yönləndirilən ittihamlar öz sübutunu taparsa o 5 ilə qədər həbs olunacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun