BSU: "Rektorun maşını 2012-ci ildə alınıb, hətta istifadə müddətinin bitməsinə az qalıb"

BSU: "Rektorun maşını 2012-ci ildə alınıb, hətta istifadə müddətinin bitməsinə az qalıb"
28 May 2019
Mətni dəyiş

“Nurlana Əliyevanın özünə yeni maşın alması barədə yayılan informasiya yalandır. Həmin maşın 2012-ci ildə alınıb. 2012-ci ildə alınmış maşının bu gün mətbuata yeni kimi təqdim olunması heç düzgün hal deyil”.

Bu sözləri Bakı Slavyan Universitetinin mətbuat katibi İbrahim Quliyev modern.az saytına açıqlamasında deyib.

Universitetin mətbuat katibinin sözlərinə görə, hətta maşının istifadə müddətinin bitməsinə az qalıb.

“Nurlana xanım haqqında yayılan informasiyalara təəssüf edib. Hətta maşının istifadə müddətinin bitməsinə belə az vaxt qalıb. İndi köhnə maşını Nurlana xanımın rektor olandan sonra alınması kimi təqdim etmək yanlış haldır. Yalan söhbətləri mətbuata çıxartmaq doğru deyil”.

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın özünə yeni bahalı avtomobil almağı barədə informasiya yayılıb.

Yerli mətbuatın məlumatına görə, 2016-cı il istehsalı olan 90-HT-010 dövlət nömrə nişanlı "Mercedes S-400" model avtomobilin Azərbaycanda bazar qiyməti 90-100 min dollardır.

Məlumata görə, lüks avtomobil etibarnamə ilə rektorun köməkçisinin adına rəsmiləşdirilib. N.Əliyeva artıq bir neçə aydır, bu bahalı maşından istifadə edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun