Azərbaycanda alkoqollu içki istehsalı kəskin artıb

Azərbaycanda alkoqollu içki istehsalı kəskin artıb
24 May 2019
Mətni dəyiş
Azərbaycanda alkoqollu içki istehsalı artıb. Bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə içki istehsalında 57,1 artım qeydə alınıb. Rəsmi məlumata görə, araq istehsalı 4 dəfə, alkoqolsuz içkilərin istehsalı 23,3 faiz artıb. Belə ki, 2019-cu ilin yanvar-aprel aylarında 0,5 min dkl şampan şərabı istehsal edilib. 2018-ci ilin müvafiq dövründə istehsal qeydə alınmayıb. 1 may 2019-cu il vəziyyətinə 3,1 min dkl hazır şampan şərabı ehtiyatı var. Hesabat dövründə 572,9 min dkl araq istehsal edilib, ötən ilin anoloji dövründə isə istehsal olunan arağın həcmi 4 min dkl təşkil edib. 1 may 2019-cu il vəziyyətinə 131,8 min dkl hazır araq məhsulu ehtiyatı formalaşıb. Bu ilin yanvar-aprel aylarında 9,6 min dkl konyak istehsal olunub. Ötən ilin eyni aylarında istehsal edilən konyakın həcmi 2,5 min dkl təşkil edib. Mayın 1-nə hazır konyak ehtiyatı 13,5 min dkl-a çatıb. 2019-cu ilin yanvar-aprel aylarında 181,1 min dkl üzüm şərabı istehsal edilib, 2018-ci ilin müvafiq dövründə istehsal 28,4 min dkl təşkil edib. 1 maya olan üzüm şərabı ehtiyatının həcmi 1 041,5 min dkl-a çatıb. Bu ilin 4 ayında pivə istehsalı 974,7 min dkl olduğu halda, ötən ilin 4 ayında 100,7 min dkl istehsal edilib. Son məlumata əsasən, hazır pivə ehtiyatı 211,9 min dkl-dır. 2019-cu ilin yanvar-aprel aylarında 135,9 min dkl müxtəlif  likörlər istehsal olunub. 2018-ci ilin yanvar-aprel aylarında likör istehsalı 5,4 min dkl olub. 1 may 2019-cu ilə hazır likör ehtiyatının həcmi 75, 5 min dkl-dır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun