26 May 2019
Mətni dəyiş
ABŞ-ın Miçiqan ştatında 1972-ci ildə hələ 27 yaşındaykən cinayət ittihamı ilə həbsə düşən və 2018-ci ildə günahsız olduğu ortaya çıxan Riçard Filips adlı bir şəxs həbsdə yatdığı illərin əvəzinə təzminat kimi 1,5 milyon dollar alacaq. Bu haqda "New York Times" qəzeti yazır.
Prokurorluq şahidlərin az qala tamamilə yalan ifadələrinə əsaslanaraq ömürlük həbs cəzası verdiyi Filips indi 73 yaşındadır, o həbsdə qaldığı 45 il ərzində günahsız olduğunu iddia etsə də heç kim ona qulaq asmayıb.
Filips keçən il "WDIV" televiziyasına verdiyi müsahibədə demişdi ki: "Etmədiyim bir cinayəti boynuma almaqdansa həbsdə ölməyim daha yaxşıdır".
Artıq həbsdən çıxmış Filips 1,5 milyon dollarlıq təzminatını alana qədər həbsxanada çəkdiyi rəsmləri satmaqla dolanmağa çalışır. O uzun müddət həbsdə yatan adamların sonradan cəmiyyətə inteqrasiyanın çox çətin olduğunu deyib.