22 May 2019
Mətni dəyiş
Almaniya ölkəyə gələn siyasi mühacirlərin cəmiyyətə adaptasiyası üçün proqramlara və mühacirətə səbəb olan problemlərlə mübarizə aparmağa 2018-ci ildən bu yana 23 milyard avro pul xərcləyib. Ölkə tarixində bu rekord məbləğin həm də keçən ildəki eyni məqsədlə xərcləmələrdən 10,6 faiz artdığı deyilir.
Xəbəri "Reuters" xəbər agentliyi Almaniya Maliyyə Nazirliyinə aid rəsmi sənədlərə istinadən yayıb.
Xəbərə görə alman höküməti mühacirlərin cəmiyyətə adaptasiyası üçün proqramlara təkcə bələdiyyələrə 7,5 milyard avro xərcləyib. Federal hökümət mühacirlər üçün birbaşa öz layihələrinə isə 15,5 milyard avro xərcləyir. 7,9 milyard avro isə köçkünlüyə və mühacirətə səbəb olan amillərlə mübarizəyə xərclənir.
Almaniya höküməti ölkəsinə mühacir axınının qarşısını almaq üçün Afrika ölkələrinə maliyyə yardımı da edir.