I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında sərəncam 2019-2020-ci tədris ilinin sentyabr ayından qüvvəyə minəcək.
Bu barədə təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, hazırda ali məktəblərdə həmin kateqoriyaya aid 2500-ə yaxın tələbə təhsil alır.
Ceyhun Bayramov bildirib ki, orta məktəblərdə dinlə bağlı yeni fənnin tədrisi nəzərdə tutulmayıb:
"Dinlə bağlı bəzi məlumatlara həm tarix, həm də "Həyat bilgisi" dərsliyində rast gəlmək mümkündür. Şagirdlərin yaş kateqoriyalarına uyğun olaraq müxtəlif fənlərdə bu sahəyə aid bilgilərin verilməsi dinin tədrisi deyil".