Yaponiya imperatoru Axito taxtdan imtina etməyə qərara gəlib. Bu Yaponiyada son 200 ildə ilk taxdan öz istəyi ilə imtina etmə halıdır.
Axito taxtdan imtina edəcəyini bu yaxında bildirmiş, taxtdan imtina etmə ayini isə bu gün gecə yarısı gerçəkləşəcək.
Xəbərə görə, 85 yaşlı Axito öz yerini 59 yaşlı oğlu, vəliəhd şahzadə Naruitoya verməyə qərara gəlib.
Axito yapon imperatorlarının oturduğu Xrizantema Taxtından imtina etməyə ilk dəfə 2016-cı ildə dilə gətirmişdi. O bunu yaşlı və xəstə olması ilə əlaqələndirirdi. İmperator prostat xərçəngindən əziyyət çəkir, ürək əməliyyatı olunmuşdu.
Yaponiyada imperatorluq vəzifəsi sadəcə simvolik məna daşısa da xalq arasında imperator səltənətinə böyük hörmət var.
İmperator ailsə ölkədə xüsusilə böhran vaxtlarında birləşdirici rol oynayır. 2011-ci ildə imperatorun arvadı ölkədə baş vermiş zəlzələ və sunami üzündən Fukusima Nüvə Elektrik Stansiyasındakı radyasiya sızıntısından əziyyət çəkən insanların önündə təzim etdiyinə görə xalq tərəfindən böyük sevgiylə qarşılanmışdı.