25 Aprel 2019
Mətni dəyiş
Ukraynanın Ali Radası "Ölkədə ukrayna dilinin funksionallığının təmin edilməsi haqqında" qanun layihəsini qəbul edib. Bu qanuna görə daha Ukraynada gündəlik həyatın bütün sahələrində insanlar ancaq ukraincə danışmalı olacaqlar. Bu haqda ruslara məxsus "RİA Novosti" xəbər agentliyi məlumat yayıb.
Qanuna görə bundan sonra Ukraynadakı hökümət orqanları, yerli idarəetmə, təhsil müəssisələri, xəstəxanalar, xidmət sahələrində ancaq ukraincə danışmaq tələb olunacaq. Həmçinin, məhkəmələr, ordu, hüquq mühafizə, reklam, seçkiöncəsi kampaniyalar və referendumlar zamanı da ukraincə danışılmalıdır.
Qanun tələb edir ki, bundan sonra bəzi rəsmi şəxslər mütləq ukraincə bilməlidir. Bu şəxslərə prezident, baş-nazir, hakimiyyət üzvləri və deputatlar, müəllimlər, həkimlər, vəkillər və notarius aiddir.
Ukraynada yeni, xüsusi "dil komissiya"ları yaradılacaq və bu komissiyalar dövlət məmurlarıdan ukraynaca biliyi ilə bağlı imtahan götürəcək, komissiya həmçinin ukraincənin müdafiəçisi də olacaq. Qanunu pozmağa görə minimum əmək haqqının 200 mislindən 700 mislinə qədər yəni ki, təqribən 128-450 dollar arası cərimə nəzərdə tutulur.
Qanunun qəbulundan aydın görünür ki, Ukrayna höküməti düşmən bildiyi rus dili və rus mədəniyyətinə qarşı mübarizəyə başlayır.