Türkiyədəki seçkilərdə daha bir gözlənilməzlik: Kommunist namizəd başqan seçildi

Türkiyədəki seçkilərdə daha bir gözlənilməzlik: Kommunist namizəd başqan seçildi
1 Aprel 2019
Mətni dəyiş

Martın 31-dəTürkiyədə keçirilən bələdiyyə seçkiləri müxalifətlə iqtidarın gərgin mübarizəsi ilə yadda qalıb.

Bu dəfəki seçkiləri özünəməxsus edən müxalif partiyaların seçkidə uğurlar qazanması olub.

Bundan əlavə bu dəfəki bələdiyyə seçkilərində uzun illərdən sonra Türkiyə Kominist Partiyasından bələdiyyə sədri seçilməsi də yaddaqalan hadisələrdən olub.

Türkiyənin Tunceli rayonunun Ovacık qəsəbəsində bələdiyyə sədrliyi iləyən Fatih Maçoğlu bu seçkilərdə Tunceli rayonunun bələdiyyə sədrliyinə namizəd olub.

Fatih Maçoğlu nəmizədliyini verdiyi dairədə səslərin əksəriyyətini toplayaraq Tunceli rayonunun bələdiyyə sədri seçilib.

Fatih Maçoğlu Türkiyədə seçkilərdə adətən ən az səs toplayan partiyalardan biri Türkiyə Kommunist Partiyasının üzvüdür. Türkiyə Kommunist Partiyası uzun illərdir seçkilərdə yaddaqalan uğurlar sərgiləyə bilməmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun