Türkiyədə LGBT icmasının hüquqlarını qoruyan Kaos GL təşkilatı Ankarada geylərin paradına qoyulmuş qadağanı aradan qaldırmağa müvəffəq olub.
Bu haqda beynəlxalq insan haqqları təşkilatı "Amnesty International" xəbər yayıb.
Türkiyədə LGBT mövzusunda ictimai tədbirlərin keçirilməsinə 2017-ci ilin payızında qadağa qoyulub.
Türkiyə höküməti xalqın belə tədbirlərə neqativ münasibətindən ehtiyatlandığı üçün onlara qadağa qoymuşdu.
"Kaos GL" təşkilatının üzvləri hökümətin bu qərarından məhkəməyə şikayət etmişdi. Aprelin 19-da məhkəmə qərar verib ki, dövlətin borcu vətəndaşı qorumaq və dinc aksiyalar keçirən zamanı təhlükəsizliyi təmin etməkdir. Beləliklə, məhkəmə hüquq müdafiəçilərinin istəyini yerinə yetirib.
'Amnesty International'ın Avropa bölməsinin rəhbəri Fotis Filippu Türkiyə hakimiyyətini başqa toplaşmaq azadlıqlarını da təmin etməyə çağırıb. O bildirib ki, 2016-cı ilin dövlət çevrilişindən sonra ölkədə elan edilmiş fövqəladə vəziyyətdən sonra əksər kütləvi aksiyalar qadağan olunmuşdu.
"Bu Türkiyədəki LGBT icmasının görkəmli günüdür və LQBT hüquqlarının müdafiəçilərinin qələbəsidir. Sevgi yenidən qalib gəldi". - deyə Filippu sosial-şəbəkədəki hesabından yazıb.