Trump İran İnqilab Qvardiyasını ‘terrorçu təşkilat’ elan edir

Trump İran İnqilab Qvardiyasını ‘terrorçu təşkilat’ elan edir
9 Aprel 2019
Mətni dəyiş

ABŞ prezidenti Donald Trump aprelin 8-də İran İnqilab Keşikçiləri Korpusunu (İİKK) “xarici terrorçu təşkilat” (FTO) elan edib.

Bu barədə verdiyi bəyanatda Trump deyib ki, Vaşinqton Tehranın “terrroçu fəaliyyətlərə dəstəyinin bədəlini və onun üzərinə maliyyə təzyiqini artırmaqda davam edir.

Azadlıq Radiosunun məlumatına görə, Birləşmiş Ştatlar artıq indiyədək onlarca vahid və fərdi İİKK ilə əlaqələrinə görə qara siyahıya daxil edib, lakin təşkilatın özü bütövlükdə sanksiya edilməmişdi.

Trump deyib ki, İİKK-in terrorçu kateqoriyasına salınması Birləşmiş Ştatların tarixində başqa bir hökumətin bir hissəsinin xarici terrorçu təşkilat elan edilməsidir:

“Bu onu nümayiş etdirir ki, İranın hərəkətləri başqa hökumətlərin hərəkətlərindən əsaslı şəkildə fərqlənir”.

Tənqidçilər bildirirlər ki, belə bir addım ABŞ-ın hərbi və kəşfiyyat rəsmilərini qeyri-dost ölkələrin buna bənzər hərəkətləri qarşısında açıq qoyur.

Aprelin 7-də Trump-ın bu niyyəti ilk dəfə mediaya çıxanda Tehran acıqlı reaksiya vermişdi.

İİKK-in komandanı Mohammad Ali Jafari demişdi ki, Vaşinqton bu niyyətini icra etsə, ABŞ hərbiyyəsi indiyədək regionda malik olduğu toxunulmazlığı itirəcək.

"Bu axmaqlıqla Amerika ordusu və təhlükəsizlik qüvvələri Qərbi Asiya regionundakı rahatlığından məhrum olacaq”.

Bundan əvvəl İran millət vəkilləri demişdilər ki, onlar Birləşmiş Ştatlara qarşı adekvat addım atacaqlar:

"Biz İİKK-ə qarşı istənilən addıma müvafiq hərəkətlə cavab verəcəyik”.

IRNA agentliyi xəbər verir ki, bu bəyanatı 290 millət vəkilindən 255-i imzalayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun