“Forbes” jurnalının Rusiya versiyası ölkə zənginlərinin yeni reytinqini tərtib edilib.
Məlumata görə, siyahının 3-cü pilləsində Azərbaycan əsilli, Bakıda anadan olmuş iş adamı Vahid Ələkbərovun adı var.
“Lukoyl” şirkətinin prezidentinin varidatı 20,7 milyard dollara çatıb.
Siyahıda əslən Qubanın Qırmızı qəsəbəsində anadan olmuş Qod Nisanov (3,5 milyard dollar) və Zarah İliyev (3,5 milyard dollar) qərarlaşıblar. 52 yaşlı Zarah İliyev zənginlərin reytinqində 33-cü, 46 yaşlı Qod Nisanov isə 34-cü pillədədir.
“Crocus” şirkətlər qrupunun sahibi olan 63 yaşlı Araz Ağalarov isə 1,9 milyard dollar sərvətlə 52-ci yerdə qərarlaşıb.
Rusiyanın ən zəngin 200 iş adamı arasında 5-ci azərbaycanlı Fərhad Əhmədovdur. 63 yaşlı azərbaycanlı 1,4 milyard dollar sərvəti ilə siyahının 67-ci pilləsindədir.
Zənginlərin siyahısında 6-cı azərbaycanlı əslən Qusar rayonundan olan Seyfəddin Rüstəmovdur. 56 yaşlı iş adamı 700 milyon dollar gəlirlə 152-ci yerdədir.
“Forbes” Rusiyada ən zəngin insanın “Sibur” və “Novateka” şirkətlərinin səhmdarı olan 63 yaşlı Leonid Mixelson olduğunu açıqlayıb. Onun 24 milyard dollar şəxsi sərvətə malik olduğu bildirilib.
Bundan öncə, zənginlərin reytinqinə başçılıq etmiş HLMK şirkətinin sahibi Vladimir Lisin (21,3 milyard dollar) bu dəfə 2-ci pillədə qərarlaşıb.