Rejissor Oliver Stoun: "Culian Assanc insanlıq adından nəhəng iş görüb"

Rejissor Oliver Stoun: "Culian Assanc insanlıq adından nəhəng iş görüb"
14 Aprel 2019
Mətni dəyiş
Tanınmış amerikalı rejissor Oliver Stoun bir neçə gün öncə həbs olunmuş Culian Assanc haqqında twitt yazıb. O öz twittində Culian Assancı insanlıq adından nəhəng iş görmüş, ancaq bunun qarşılığında qeyri-insani münasibət görən birisi kimi xarakterizə edib. Qalmaqallı rejissor və ABŞ hökümətinin mütəmadi tənqidçisi olan Stoun düşünür ki, "Culian Assanc həqiqəti gün işığına çıxarıb. O insanlıq adından nəhəng iş görüb, ancaq indi ona qeyri-insani münasibət bəslənir". O, qeyd edib ki, azadlığı ABŞ və Britaniya əsarətindən xilas etmək üçün önəmli və lazımlıdır. [embed]https://twitter.com/TheOliverStone/status/1116463645318209536[/embed] Xatırladaq ki, Oliver Stoun bundan öncə ABŞ-ın gizli kəşfiyyat sirrlərini yayan daha bir sima Edvard Snovden haqqında film çəkmiş, Putindən müsahibə almışdı. O, mütəmadi olaraq ABŞ-ı və İngiltərəni söz azadlığına kölgə salmaqda ittiham edir. Stoun xeyli müddətdir Assancla dostluq edir. WikiLeaksın yaradıcısı Assanc 2010-cu ildə İsveçdə cinsi zorakılıq etməkdə ittiham olunurdu. Assanc ona qarşı bu ittihamı rədd etsə də, özü könüllü olaraq Londonda polisə təslim olmuş və zaminlik üçün pul ödədikdən sonra həbs olunmaqdan yaxa qurtarmışdı. 2011-ci ildə Assancın İsveçrəyə ekstradisiya məsələsi qaldırılanda Assanc qaçıb Ekvador səfirliyinə gizlənmişdi. O son 7 ildə Ekvador səfirliyində sığınacaq alaraq yaşayırdı. 2017-ci ildə İsveç prokuroru Assancın üzərində olan zorakılıq cinayəti ilə bağlı tədqiqatı dayandırıb, cinayət işini bağlamışdı. 2018-ci ildə ABŞ mediası Assanca qarşı ABŞ-da yeni cinayət işi başlandığını və onun həbs olunacağı təqdirdə uzun illər həbsdə qalacağını yazmağa başlamışdı. Ancaq media cinayət işinin detallarının gizli saxlanıldığını deyirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun