Qazaxıstanın müvəqqəti prezidenti Qasım-Comərd Tokayev dünən hökümətin iclasında Qazaxıstanda növbədənkənar seçkilər keçiriləcəyini deyib.
Qazaxıstan qanunvericiliyinə görə seçkilərin keçirilməsi elan edildikdən dərhal sonrakı gündən başlayaraq prezidentliyə namizədlər, namizədliyini irəli sürməyə başlayırlar.
Namizədlər 40 yaşı tamam olmuş, dövlət dilini yaxşı danışan, ölkə ərazisində 15 il yaşamış, ali təhsilli, ən azı 5 il dövlət işində çalışmış vətəndaşlar ola bilərlər.
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qızı və ölkə senatının spikeri Dariqa Nazarbayeva 9 iyun seçkilərində iştirak etməyəcək.
Bu haqda Dariqa Nazarbayevanın köməkçisi Saul Mustafayev mediaya açıqlama verib.
"Xeyr, Dariqa Nazarbayeva prezident seçkilərində namizədliyini vermək fikrində deyil", - deyə Saul Mustafayev bildirib.
Xatırladaq ki, keçmiş prezidentin qızı Dariqa Nazarbayeva prezident istefa verdikdən sonra ölkə senatının spikeri seçilib.
Bundan öncə isə senatın o beynəlxalq məsələlər üzrə, həmçinin müdafiə və təhlükəsizlik üzrə komitələrinin katibi olub.