Liviyada iki ordu qüvvəsi arasında paytaxt uğrunda savaş gedir. Liviyanın qanuni höküməti ona müxalif olan Qəddafi tərəfdarı olan general Xalifa Haftarın "Liviya milli ordusu" - adlı silahlı dəstəsi paytaxt Tripoliyə hücumu zamanı aviozərbələrdən istifadə etdiyini və zərbələr nəticəsində ən azı 11 adamın həlak olduğunu bildirib.
Beynəlxalq aləmin çağırışlarına baxmayaraq Liviyada paytaxt uğrunda döyüşlər səngimək bilmir. Döyüşlər zamanı 11 nəfər ölüb, 23 nəfər yaralanıb. Bundan əvvəl isə daha 23 nəfər ölmüş, 27 nəfər isə yaralanmışdı.
Bundan əvvəl Haftarın ordusu - "Liviya milli ordusu", Liviya paytaxtına yaxın, son ən böyük şəhər olan Qaryan şəhərini tutub. Şəhər paytaxtın 80 km-liyindədir.
Qaryan strateji əhəmiyyətli şəhərdir və burdan paytaxta qədər olan ərazilər əsasən səhralıqdır. Xalifa Haftar şəhəri tutarkən əhaliyə zərər vurmamağı tapşırıb. "Kim silahı yerə qoysa ona xətər dəyməyəcək. Kim ağ bayraq qaldırsa təhlükəsizlikdə olacaq" - deyə Haftar yerli xalqa vəd verib.
[caption id="attachment_76538" align="aligncenter" width="785"]
Liviyalı üsyankar general Xalifa Haftar[/caption]
Haftar öz hücumlarını ölkəni terrorizmdən xilas etmək üçün apardığını deyir. Onun fikrinə görə paytaxtda hakimiyyəti ələ keçirmiş qüvvələr əsasən quldurlardır və ölkənin gücünü bərpa etmək üçün onlardan qurtulmaq lazımdır.
Aprelin 7-si səhər "Liviya milli ordusu" "Tripoli əməliyyatına" başlayıb, hücum əsasən hava zərbələrindən ibarət olub. Paytaxt sakinləri ilə paytaxtın mərkəzinə doğru irəliləməyə başlayıblar.
BMT-nin müharibəni iki saatlığa dayandırıb sadə xalqın təhlükəsizliyini təmin etməklə bağlı hər iki tərəfə çağırışı nəticəsiz qalıb.
Haftarın ordusu artıq Tripolinin cənub-qərb hissəsində bir neçə rayonu, həmçinin beynəlxalq hava limanını tuta bilib. Bazar günü hökümət qüvvələri Xaftarın ordusuna qarşı "Qəzəb vulkanı" adlı hücuma başlayıb.
75 yaşlı qiyamçı general Xalifa Xaftar keçmiş prezident Muammar Qəddafinin yaxın çevrəsinə daxil olan bir hərbçidir. 2011-ci ildə Qəddafi öldürülərək hakimiyyətdən salındıqdan sonra ölkədə hakimiyyəti ələ keçirən müxalifət qüvvələri ilə Qəddafi tərəfdarları arasında hələ də toqquşmalar davam edir. Xaftar vətəndaş müharibəsi ərəfəsində ölkəyə gəlib diplomatiya, pulla satın alma, gizli sövdələşmələrlə öz ətrafına çoxlu adam toplayıb. Onu Birləşmiş Ərəb Əmirliyi və Misir dəstəkləyir, bəzi iddialara görə onun Moskva ilə də yaxın əlaqələri var. Xaftar Liviyada hakimiyyəti ələ keçirmiş qüvvələri radikal islamçılar hesab edir.
[caption id="attachment_76542" align="aligncenter" width="620"]
General Haftarın ordusu paytaxt Tripoliyə girir.[/caption]
O Qəddafiyə sadiq qüvvələri 2017-ci ildə bir yerə toplayıb ölkənin şərq bölgəsindəki Benqazi şəhərini ələ keçirərək özünə burda iqamətgah qurub. Ölkənin əsas neft ehtiyatları burda yerləşdiyi üçün, o qısa müddətdə vacib fiqura çevrilə bilib.
Xatırladaq ki, 2011-ci ildə Qəddafinin öldürülməsindən sonra ölkə faktiki iki yerə bölünüb. Qəddafinin düşmənləri sayılan silahlı hərbi qruplaşmanın tərəfindən Fransa, ABŞ və Böyük Britaniya vuruşub. Koalisiya qüvvələrinə qarşı isə Qəddafi tərəfdarları hələ də vuruşur. Ölkədə faktiki ikihakimiyyətlilik yaranıb. Ölkənin şərqi Tobruk şəhərində parlament yerləşir, qərbindəki Tripoli şəhərində isə milli razılaşma höküməti işləyir. Bundan əlavə zamanla ölkədə radikal islamçılar da fəallaşıblar.