Ermənistanın
"Yekramas" qəzeti xəbər verir ki,Ermənistanın baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyan bu günlərdə ABŞ-a səfərə gedib. O, ABŞ-ın Boston ştatındakı erməni icması ilə görüşüb. Erməni icması tərəfindən Akopyanın rəhbərlik etdiyi "Təbəssüm şəhəri" Xeyriyyə Fonduna 150 min dollar ianə təqdim edilib.
Daha sonra Anna Akopyan orda "Amerikanın səsi" radiosunun erməni redaksiyasına müsahibəsi verib.
Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən Akopyan qeyd edib ki, Ermənistanın minlərlə əsgəri heç nəyə görə Dağlıq Qarabağda həlak olub.