Bu gün, aprelin 23-də Milli Məclisin növbəti iclası keçirilib. Deputatlar Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq saziş haqqında danışıblar.
Parlamentin sədri Oqtay Əsədov qeyd edib ki, sazişin imzalanmasına maneə törədən qüvvələr ermənilərdir:
"Saziş layihəsində Dağlıq Qarabağ ərazisi Azərbaycanın ərazisi kimi qeyd olunub, biz buna nail olmuşuq. Texniki məsələlər qalıb ki, onlar da həll edilir.
Ermənilər bu sazişə əngəl olmağa çalışırlar. Saziş yüksək səviyyədə hazırlanıb, sazişin bu il mayın ayının 13-də imzalanması nəzərdə tutulur. Bu, Azərbaycan xalqının xeyrinə olacaq”.
Saziş barədə danışıqlara fevral ayında Brüsseldə başlanılıb. 2016-cı ilin noyabr ayında Avropa İttifaqı Şurası Avropa Komissiyasına və xarici əlaqələr və təhlükəsizlik siyasətinin nümayəndəsinə müzakirələr aparmaq üçün mandat verib.
25 aprel görüşü isə sənədin müzakirəsi üzrə ilk görüşdür və sənədin siyasi hissəsinə aid olacaq.
Danışıqlar üzrə son tarix hələ məlum deyil. Bu, tərəflərin müzakirə mövzularına yanaşmasından asılı olacaq.
Aİ tərəfdən danışıqları Şərq Tərəfdaşlığı və Rusiya üzrə direktor Luke Devin, Azərbaycandan isə XİN müavini Mahmud Məmmədquliyevdir.