Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev hakimiyyətdən istefa vermək qərarına necə gəldiyindən danışıb. Onun bu haqda fikirlərini "TASS" agentliyi yayıb.
"Mən deyəndə ki, istefa qərarımı könüllü şəkildə vermişəm, bu tamamilə həqiqət idi. Belə qərarları nə bir günə, nə bir aya vermək olmur. Mən bu qərarım üzərində bir neçə il boyu düşünmüşəm. Hətta, sizə bir sirr aça bilərəm ki, düz üç il bu qərarım üzərində düşünmüşəm", - deyə Nazarbayev bildirib.
Nazarbayev deyib ki, gələcəklə bağlı çox düşünüb, öz yerinə kadrlar tərbiyə etmək və hazırlamağa çalışıb.
"Axırda belə qərara gəldim və bu qərarım düzgün qərar oldu. Gəlin Tokayevi prezident seçək və onu dəstəkləyək" - deyə eks prezident bəyan edib.
Qeyd edək ki, Aprelin 10-da Nazarbayev "Nur-Otan" partiyasının qurultayını çağırmaq və prezident postuna öz namizədlərini irəli sürməklə bağlı çağırış edib. Qurultay hal-hazırki prezident Qasım-Comərd Tokayevin namizədliyini dəstəkləyib.
Nazarbayev prezident postundan bu il mart ayının 20-də istefa verib. O indi qanuna görə sadəcə iqtidar partiyasının lideri və Təhlükəsizlik Şurasının başçısıdır. Onun istefası ilə Qazaxıstan parlamentinin spikeri Tokayev seçkilərə qədər prezident postuna gətirilib. Qazaxıstanda prezident seçkiləri bu il iyul ayının 9-da baş tutacaq.