Şimali Koreya lideri Kim Çen Inın zirehli qatarı Vladivostok dəmir yolu vağzalına gəlib.
Bu haqda Rusiyanın dövlət xəbər agentliyi TASS hadisə yerindən xəbər yayıb.
Kim Çen In Rusiyaya qatarla gəlmək ənənəsinə görə atası və babası kimi Koreyanın bundan əvvəlki kommunist liderlərinin hərəkətini bir daha təkrarlayıb.
Şimali Koreya lideri Vladivastok vağzalınakı çıxışında deyib ki, Rusiyaya prezident Vladimir Putinlə görüş üçün gəlib.
Onlar Koreya yarmadasında Rusiya ilə əməkdaşlığın möhkəmləndirilməsi məsələsi ilə bağlı sammit keçirəcəklər. O, həmçinin Rusiyaya səfərinin uğurlu olacağına ümüd etdiyini də dilə gətirib.
Kim Çen In ilk dəfədir Rusiyaya gəlir, bundan öncə o heç vaxt Putinlə görüşməyib. Onun atası Kim Çen İr üç dəfə 2001, 2002 və 2011-ci illərdə Rusiyaya səfər edib.