Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü ləğv olunub.
Hadisə canlı efir vaxtı görünüb və hadisənin ayrıca videosunu Formula-1 yayıb.
“Williams” komandasının üzvü Corc Rasselin idarə etdiyi yarış avtomobili Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü zamanı kanalizasiya qapağına toxunub və qəza baş verib.
C.Rasselin boldi transdan evakuasiya edilib və hadisə yerinə mütəxəsislər cəlb olunub.
Mütəxəsislər digər kanalizasiya qapaqlarını da yoxlamağı qərara alıblar.
FIA elan edib ki, yürüş davam etdirilməyəcək, çünki Formula 2 üzrə təsnifat turunun başlamasına qədər bütün kanalizasiya qapaqları yoxlanılmalıdır.