Bu gün aprelin 1-dən Gürcüstanın hər yerində plastik paketlərin istehsalı, idxalı və satışı qadağan edilib. Bu haqda Gürcüstan parlamenti
qanun çıxarıb.
Bu qaydaya əməl etməyən sahibkarları dövlət 500 lari cərmələyəcək və əmlakını müsadirə edəcək. Qanunun tələbini yenidən pozanlar yenidən daha yüksək məbləğdə cərimələnəcəklər.
Plastik paketlərin istehsalçılarına Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamenti mütəmadi nəzarət edəcək. Ölkəyə plastik paketlərin gətirilməsinə də də Maliyyə Nazirliyinə tabe olan Gömrük xidməti tərəfindən nəzarət ediləcək. Yerli müəssisələr və sahibkarlıq obyektləri mütəmadi yerli özünüidarəetmə orqanları tərəfindən yoxlanılacaq.
Xatırladaq ki, beynəlxalq ətraf-mühit təşkilatları plastik tullantılarla bağlı həyacan təbili çalır. Dünyada hər gün artan plastik tullantılar okeanlar və əkinə yararlı torpaqları çirkləndirərək canlıların həyatını təhdid edir. Hal-hazırda dünyada 30-a yaxın ölkə plastik paketlərdən və birdəfəlik plastik qablardan istifadəni məhdudlaşdırmaqla bağlı qərar qəbul edib.