"Fövqəlnazir"in oğlu "Qəbələ" klubunun prezidenti vəzifəsindən istefa verib

"Fövqəlnazir"in oğlu "Qəbələ" klubunun prezidenti vəzifəsindən istefa verib
10 Aprel 2019
Mətni dəyiş

“Qəbələ” futbol klubu prezident Tale Heydərovun tutduğu vəzifədən istefa verdiyini bəyan edib.

Məlumatda istefanın səbəbləri göstərilməsə də, T. Heydərovun kluba 2006-cı ildən rəhbərlik etdiyi bildirilib.

Tale Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur.

Klub 1995-ci ildə yaranıb. T.Heydərov klubun prezidenti təyin edildikdən sonra, “Qəbələ” Azərbaycan çempionatının güclülər dəstəsinə vəsiqə qazanıb.

Bu illər ərzində klub Azərbaycan çempionatının üç dəfə bürünc medalını, iki dəfə gümüş medalını qazanıb. Azərbaycan kuboku uğrunda yarışlarda “Qəbələ” üç dəfə yarımfinala, üç dəfə finala çıxıb.

[caption id="attachment_76665" align="alignleft" width="450"] Qəbələ futbol klubunun emblemi.[/caption]

Klub 2015-2016-cı və 2016-2017-ci illər mövsümlərində Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Ümumilikdə Avropa kuboklarında “Qəbələ” 36 oyun keçirib, bunların 10-da qalib gəlib, 19-a məğlub olub, 17 oyun heç-heçə başa çatıb.

“Qəbələ” Avropada məşhur ingilis futboçu Toni Adamsı məşqçi kimi dəvət etməklə tanınıb. Toni Adamsdan başqa klubda rusiyalı Yuri Semin, ukraynalı Roman Qriqorçuk kimi keçmiş SSRİ ərazisində tanınmış şəxslər məşqçilik ediblər.

Bundan başqa Tale Heydərovun rəhbərliyi zamanında klubun akademiyası yaradılıb. Mütəxəssislər bu akademiyanı Azərbaycanda uşaq futbol klubları arasında ən yaxşılardan hesab edirlər. T.Heydərovun prezident olduğu zamanda klubun stadionu tikilib.

Bundan əvvəl Taleh Heydərovun Böyük Britaniyadakı diaspora təşkilatı Avropa Azərbaycan Cəmiyyəti (TEAS) bağlanmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun