Changan Gürcüstanda elektrikli maşınlar istehsal edən zavod qurur: ilk maşınlar 2020-də bazara çıxacaq

Changan Gürcüstanda elektrikli maşınlar istehsal edən zavod qurur: ilk maşınlar 2020-də bazara çıxacaq
7 Aprel 2019
Mətni dəyiş

Çinə məxsus Chanhgan Automobile Group Gürcüstanın ikinci böyük şəhəri olan Kutaisidə elektromobillər istehsal edən zavod qurmağa qərar verib. Bu haqda Gürcüstanın baş naziri Mamuka Baxtadze bildirib.

"Gürcüstan ilk dəfə olaraq elektromobillər istehsal edəcək. Changan şirkəti Volvo, Volksvagen, Ford kimi şirkətlərlə əməkdaşlıq edən, dünyanın ən böyük avtomobil şirkətidir. Bu şirkət məhz Gürcüstanda öz zavodunu açmağa qərar verib" - deyə Baxtadze deyib.

Baş nazirin sözlərinə görə zavodun tikintisi 2020-ci ildə başa çatacaq.

"Artıq 2020-ci ildən başlayaraq ilk elektrikli maşınlarımızı bazara çıxaracağıq. Biz böyük sənaye təcrübəsi olan bir şəhərimizi seçmişik. Beləliklə, zavodumuz Kutaisi şəhərində tikiləcək", - Baxtadze deyib.

Onun sözlərinə görə zavod ildə 40 min avtomobil istehsal edəcək, onların 50 faizi daxili bazar üçün, qalanı isə Avropa Birliyi ölkələrinə ixrac olunacaq.

"Bu böyük uğurdur. Üzərində "Gürcüstanda istehsal olunub" yazısı olan elektrikli maşınlar Gürcüstanın Avropa ölkələrinə əsas ixrac malına çevriləcək. Zavodda elektromobillərin dörd modeli istehsal olunacaq və bütün Gürcüstan vətəndaşları üçün əlçatan olacaq. Vətəndaşlarımız köhnə maşınlarını satıb yeni elektromobillər ala biləcəklər" - baş nazir vurğulayıb.

Changan Automobile Group - Çinin böyüklüyünə görə üçüncü ən böyük avtomobil şirkətidir, həmçinin Changan Çinin 20 ən böyük şirkətindən də biridir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun