Bu il Azərbaycanın xarici ticarətdə ən böyük tərəfdaşı Rusiya olub

Bu il Azərbaycanın xarici ticarətdə ən böyük tərəfdaşı Rusiya olub
29 Aprel 2019
Mətni dəyiş

2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycan qonşu ölkələrlə 1 mlrd. 858,166 mln. ABŞ dolları dəyərində xarici ticarət əməliyyatı aparıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarında belə deyilir. Bildirilir ki, bu, 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 510,530 mln. dollar və ya 37,9 faiz çoxdur.

Dövr ərzində Azərbaycanın İranla ticarət dövriyyəsinin həcmi 230,637 mln. dollar olub. Bu isə ötən ilin yanvar-mart ayları ilə müqayisədə 162,235 mln. dollar və ya 3,4 dəfə çoxdur.

Azərbaycanın İranla ticarət dövriyyəsindəkı həcmin 11,007 mln. dolları ixracın, 219,631 mln. dolları isə idxalın payına düşüb:

"Nəticədə Cənub qonşumuzla ticarət dövriyyəsində 208,624 mln. dollar mənfi saldo yaranıb ki, bu da daha əvvəlki ilin ilk rübü ilə müqayisədə 152,404 mln. dollar və ya 3,7 dəfə çoxdur. Azərbaycan İranla ticarət dövriyyəsinin payı ümumi xarici ticarətdəki dövriyyəsinin 3 faizinə bərabərdir".

Bu ilin yanvar-mart ayları ilə Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin həcmi 812,341 mln. dollara bərabər olub. Bu, ötən ilin ilk rübünün göstəriciləri ilə müqayisədə 239,239 mln. dollar və ya 41,7 faiz çoxdur.

Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin 504,900 mln. dolları ixracın, 307,441 mln. dolları isə idxalın payına düşüb. Nəticədə qonşu ölkə ilə ticarət dövriyyəsində 197,459 mln. dollar müsbət saldo yaranıb. Bu isə daha əvvəlki ilin ilk rübü ilə müqayisədə 51,672 mln. dollar və ya 3,8 dəfə çoxdur. Azərbaycan Türkiyə ilə ticarət dövriyyəsinin payı ümumi xarici ticarətdəki dövriyyəsinin 10,7 faizinə bərabərdir.

Azərbaycan şimal qonşusu Rusiya ilə bu ilin yanvar-mart ayları ərzində 562,704 mln. dollar həcmində ticarət dövriyyəsi həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,109 mln. dollar və ya 13,08 faiz çoxdur.

Bu ölkə ilə Azərbaycanın ticarət dövriyyəsinin 124,981 mln. dollar ixracın, 437,723 mln. dollar idxalın payına düşüb. Nəticədə bu ilin ilk üç ayında 372,742 mln. dollar mənfi saldo yaranıb ki, bu da ötən ilin ilk üç ayı ilə müqayisədə 110,337 mln. dollar və ya 42 faiz çoxdur. Azərbaycan Rusiya ilə ticarət dövriyyəsinin payı ümumi xarici ticarətdəki dövriyyəsinin 7,4 faizinə bərabərdir.

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin həcmi 172,669 mln. dollar olub. Bu, 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 61,199 mln. dollar və ya 55 faiz çoxdur.

Gürcüstanla ticarət dövriyyəsinin 159,021 mln. dolları ixracın, 13,648 mln. dolları isə idxalın payına düşüb. Nəticədə, bu müddət ərzində 145,373 mln. dollar müsbət saldo yaranıb ki, bu da 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 63,768 mln. dollar və ya 78,1 faiz çoxdur. Azərbaycan Gürcüstanla ticarət dövriyyəsinin payı ümumi xarici ticarətdəki dövriyyəsinin 2,3 faizinə bərabərdir.

Məlumatda qeyd edilir ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın qonşu ölkələri arasında ən böyük ticarət tərəfdaşı Rusiyadır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun