Bayram Məmmədovun apellyasiya şikayəti təmin edilməyib

Bayram Məmmədovun apellyasiya şikayəti təmin edilməyib
10 Aprel 2019
Mətni dəyiş
Bu gün Bakı Apelliyasiya Məhkəməsində keçmiş siyasi məhbus, 30 sutka inzibati həbs edilmiş NİDA-çı gənc Bayram Məmmədovun şikayəti üzrə məhkəmə keçirilib. Məhkəməyə sədrlik edən hakim Əflatun Qasımov şikayəti təmin etməyib. Xatırladaq ki, martın 17-də əfv sərəncamıyla azadlığa buraxılan Bayram Məmmədov martın 30-da yenidən saxlanılıb. İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə – polisə müqavimətdə təqsirli bilinərək, ona 30 gün inzibati həbs cəzası verilib. Bayram Məmmədov məhkəmədə istintaq təcridxanasında ona işgəncə verildiyini deyib. Bayram Məmmədov 2016-cı ildə gənc fəal Qiyas İbrahimovla birlikdə, mərhum prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək” şüarı yazıldıqdan sonra həbs edilib. Narkotik dövriyyəsi ilə bağlı maddə üzrə ittiham edilən gənclərin hər birinə 10 il həbs cəzası verilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun