ATƏT nümayəndəsi Mehman Hüseynova qoyulan qadağanı ləğv etməyə çağırır

ATƏT nümayəndəsi Mehman Hüseynova qoyulan qadağanı ləğv etməyə çağırır
12 Aprel 2019
Mətni dəyiş

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir bloger, jurnalist Mehman Hüseynovun ölkədən çıxışına qoyulan qadağanı pisləyib.

Bu barədə Arlem Dezir özü açıqlama yayıb. ATƏT nümayəndəsi Azərbaycan hökumətini bu məhdudiyyəti aradan qaldırmağa çağırıb.

A.Dezir bildirib ki, M.Hüseynov onun ofisi tərəfindən Vyanada jurnalistlərin təhlükəsizliyilə bağlı konfransa dəvət edilib.

Aprelin 9-da Mehman Hüseynov Almaniyaya beynəlxalq tədbirə gedərkən sərhəddən buraxılmayıb. O, Berlin, Strasburq və Vyanada bir sıra beynəlxalq tədbirlərdə iştirak etmək üçün Berlin aviareysilə getməliydi.

Mehman Hüseynov Nəsimi rayon polis rəisinin iddiası ilə iki il həbs cəzası çəkdikdən sonra martın 2-də azadlığa buraxılıb.

O, Amnesty International tərəfindən "vicdan məhbusu" kimi tanınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun