Argentina Cənubi Amerika Millətləri İttifaqının (CAMİ) gündəliyi ilə razılaşmaması və birlikdaxili böhran səbəbindən qurumun tərkibindən çıxıb.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Argentina bu gün CAMİ-nin təsis olunması haqqında Müqaviləni ləğv edib", - deyə bəyanatda bildirilir.
Daha əvvəl Kolumbiya, Ekvador, Paraqvay və Peru bu addımı atıb. Quruma üzvlüyü Braziliya və Çili də dayandırıb. Hazırda CAMİ-də Boliviya, Venesuela, Uruqvay, Surinam və Qayana təmsil olunmaqdadır.