Amazonun sahibi Ceff Bezos keçmiş arvadına 35 milyard təzminat ödəyəcək

Amazonun sahibi Ceff Bezos keçmiş arvadına 35 milyard təzminat ödəyəcək
5 Aprel 2019
Mətni dəyiş

Amazon şirkətinin başçısı, dünyanın ən varlı adamlarından biri Ceff Bezos və onun arvadı Makkenzi bir müddət öncə boşanmağa qərar verirblər.

İndi onlar mülklərini bölməklə məşğuldular. Milyarderin arvadı Twitterdə bildirib ki, o bu boşanmadan 35 milyard dollar əldə edəcək.

Dünyanın ən varlı adamı sayılan Makkenzi Bezos arvadına "Washington Post" qəzetinin və "Blue Origin" aerokosmos kompaniyasının bütün aksiyalarını verib. Həmçinin Makkenzi Amazon şirkətinin aksiyalarının 4 faizini də əldə edib, bu isə təqribən 35,7 milyard dollar edib.

Boşandıqdan sonra Makkenzi Bezosun dünyanın dördüncü ən varlı qadını olacağı gözlənilir. Həmçinin Jeff Bezosun ödədiyi boşanma kompensassiyası dünya kosmetika nəhəndi Lorealın (52,9 milyar dollar) və Walmart mağazalar şəbəkəsinin sahibindən arvadı Elis Uoltona (45 milyar dollar) qalan mirasla yarışır.

Forbes dərgisinin reytinq siyahısına görə Ceff Bezosun varidatı 110 milyard dollardan çoxdur.

"Sevinirəm ki, Cefflə boşanma işimiz qarşılıqlı dəstəklə baş tutub" - deyə Makkenzi öz twitter hesabında yazıb. "İndi öz istəklərimi gerçəkləşdirmək zamanıdır" - o əlavə edib və keçmişdə yaşananlara görə ərinə təşəkkür edib. Ceff Bezos da öz twitter hesabında "yaxşılıq və dəstəklərə" görə keçmiş arvadına təşəkkürünü bildirib.

Ceff Bezos arvadıyla ayrılmaq istəyini 2019-cu ildə bəyan etmişdi. Qanuna görə ər-arvad indiyə qədər qazandıqlarını və gəlirlərini bölməlidirlər. Ceff ve Makkenzi Bezos 25 ildir, yəni Amazon şirkəti yaranandan bəri evlidirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun