24 Aprel 2019
Mətni dəyiş
Almaniya rəsmi Bakı ilə Azərbaycanda Almaniya siyasi fondlarının fəaliyyətinin bərpa olunmasını müzakirə edir və müsbət nəticələrə ümid bəsləyir. Bunu AFR səfiri Mixael Kindsqrab bugünkü mətbuat konfransında deyib.
Turan-ın "Fridrix Ebert və Fridrix Nauman fondlarının (bir neçə il öncə Azərbaycan hakimiyyətinin tətbiq etdiyi məhdudiyyətlər səbəbindən işi dayandırıblar) qaytarılması müzakirə olunurmu?" sualına səfir müsbət cavab verib.
"Əlbəttə, biz istərdik ki, Almaniya siyasi fondlarının fəaliyyəti bərpa olunsun. Bununla bağlı danışıqlar aparırıq. Çox istəyirik və ümid edirik ki, müsbət nəticə əldə olunacaq", - o vurğulayıb.