Ali Rada Putinin ukraynalılara pasport vermək qərarına münasibət bildirib: "KQB taktikasıdır"

Ali Rada Putinin ukraynalılara pasport vermək qərarına münasibət bildirib: "KQB taktikasıdır"
29 Aprel 2019
Mətni dəyiş
Ukrayna Ali Radası Rusiya Prezidenti Vladimir Putindən işğal olunmuş Ukrayna ərazilərindəki sakinlərə Rusiya passportu verməklə bağlı fərmanını ləğv etməyə çağırıb.  Bu haqda Ukrayna Ali Radasının vitse-spikeri İrina Qeraşenko öz facebook hesabında yazıb. O Putinin hərəkətini "ənənəvi KQB taktikası" adlandırıb və Putinin bu hərəkətlər Ukraynanın yeni seçilmiş prezidentiylə ilk görüşdən öncə vəziyyəti gərgin saxlamağa çalışdığını qeyd edib. Qeraşenko bildirb ki, Putinin yeni fərmanında "Yeni və gözlənilməz heç nə yoxdur". Vitse-spikerin sözlərinə görə Kiyev Minsk razılaşmasına görə öz öhdəliklərini yerinə yetirib, indi növbə Rusiyanındır. "Ukrayna ərazilərini və vətəndaşlarını Rusiyaya verərək komprommisə gedə bilmərik" - deyə Qeraşenko fikrini tamamlayıb. Xatırladaq ki, Putin Ukraynada prezident seçkiləri bitdikdən üç gün sonra, aprelin 24-də rus separatçılarının nəzarətində olan Ukrayna ərazilərindəki insanlara rus pasportu verilməsi haqda fərman imzalayıb. Ukraynanın yeni seçilmiş prezidenti Zelenski isə Putinin bu fərmanına dərhal münasibət bildirmişdi ki, Rusiya vaxtını boşuna sərf eləməsin, “Ukraynanılar gözəl bilirlər ki, Rusiya pasportu “dinc etiraz mitinqlərinə görə həbs hüququ”, “qeyri-azad və rəqabətsiz seçki” verir. Ukraynalıların isə söz azadlığı, azad mətbuatı və interneti var”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun