AKP höküməti İstanbul üçün təkrar seçki istəyir, CHP - biz qalibik deyir

AKP höküməti İstanbul üçün təkrar seçki istəyir, CHP - biz qalibik deyir
17 Aprel 2019
Mətni dəyiş
Türkiyədə 31 mart bələdiyyə seçkilərində İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədrliyini qazanmış Əkrəm İmamoğlunun qalibiyyəti hələ də rəsmi təsdiqlənmir. Əkrəm İmamoğlunun üzvü olduğu CHP partiyasının sədri Kamal Kılıçdaroğlu İstanbulda baş verənlərlə bağlı deyib ki, "İqtidar partiyası İstanbulda bəldədiyyə sədrliyi seçkilərində məğlub olub. Boş yerə müqavimət göstərirlər, İstanbulu vermək istəmirlər". Digər tərəfdən, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsi tələbi ilə bağlı Ali Seçki Qurumuna (YSK) etiraz hazırlayıb. Belə ki, AKP sədrinin müavini Ali İhsan Yavuz bu barədə “Twitter” hesabında yazıb. İhsan Yavuz artıq etiraz məktubunu YSK-ya təqdim etdiklərini bildirib. Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim AKP namizədi Binəli Yıldırım toplayıb. Ali Seçki Qurumu (YSK) Əkrəm İmamoğlunun 26 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb. İndiyədək səslərin sayılması davam edir və hazırda səs fərqi 12 min nəfərədək düşüb. Bir neçə gün əvvəl AKP seçkinin nəticəsinin ləğv ilə bağlı fövqəladə hüququndan istifadə edəcəyini bəyan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun