Əlcəzayir prezidenti Əbdüləziz Buteflikanın dəftərxanasından ölkənin rəsmi xəbər agentliyi APS-ya verilən məlumata görə Buteflika aprelin 28-dən etibarən vəzifəsindən istefa verəcək.
Uzun müddətdir Əlcəzayir xalqının kütləvi mitinqlərlə istefasını tələb etdiyi 82 yaşlı siyasətçinin ölkəni idarə edə bilməyəcək qədər xəstə və gücsüz olduğu deyilir. Buteflika 2013-cü ildə yaşadığı sağlamlıq problemləri ucbatından əlil arabasında məhkum olub. Əlcəzayir xalqının bir hissəsi düşünür ki, xəstə prezident ölkənin siyasi və iqtisadi elitasının kuklasına çevrilib, öz idarəetmə iradəsi qalmayıb.
[caption id="attachment_75262" align="aligncenter" width="1484"]
Əlcəzayirdə Buteflika rejiminə qarşı keçirilən geniş miqyaslı etiraz aksiyası.[/caption]
1999-cu ildən indyə kimi prezident kreslosunda oturan Buteflika, bu il aprelin 18-də baş tutacaq seçkilərdə beşinci dəfə də prezident olmağa qərar verdiyini açıqlamışdı. Ancaq ölkəboyu baş qaldıran geniş mitinqlərin nəticəsində prezidentliyə namizədliyini geri çəkmişdi. Bundan sonra prezident seçkiləri naməlum vaxta qədər təxirə salmışdı.
Buteflika istefa qərarından əvvəl yeni yaratdığı hökümət kabinəsinə 27 nazir təyin edib və baş nazir olaraq da Nurəddin Bədəvini seçib.
Həftələrdir ölkədə baş verən etirazlar, 1962-ci ildə Əlcəzayir Fransadan müstəqilliyini aldıqdan sonra baş tutmuş ən geniş miqyaslı etirazlardır.