Yeni Zellandiya höküməti Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğanın bu ölkədə müsəlmanlara qarşı törədilmiş terrorun videosunu öz seçki kampaniyasında istifadə etdiyi üçün qınayıb.
Bu haqda
"Euronews" xəbər agentliyi məlumat yayıb. Yeni Zellandiyanın Baş Nazirinin müavini və Xarici İşlər Naziri Vinston Peters dünın jurnalistlər üçün yaydığı bəyanatda Yeni Zellandiyadakı terrorun siyasiləşdirilməsini pisləyib. O deyib ki, "Terrordan öz siyasi məqsədləri üçün istifadə etmək Yeni Zellandiya xalqının gələcəyi və təhlükəsizliyi üçün risklər yaradır. Bu vəziyyət xüsusilə ölkə xaricində yaşayan Yeni Zellandiyalılara qarşı böyük haqsızlıqdır".
Peters həmçinin Kristçörç terror qətliamının videosunun Türkiyədə kütləvi göstərilməsinə etirazını Zellandiyaya gələn Türkiyə prezidentinin müşaviri Fuat Oqtay və Mövlud Çavuşoğluna da çatdırıb.
Xatırladaq ki, Yeni Zellandiya höküməti Kristçörç şəhərində iki məscidə olan hücumun videosunu internetdən yığışdıra bilmək üçün səylə çalışır. Ancaq Türkiyə Prezidenti Ərdoğan keçən həftənin sonu ölkə boyu apardığı seçki kampaniyalarında, keçirdiyi mitinqlərdə xalqa qətliamın videosunu göstərib. Terrorçunun manifestində Türkiyəyə qarşı təhdidlər olduğunu bəyan edən Erdoğanın bu terroru xristian aləminin İslama və Türkiyəyə olan hücumu kimi qələmə verməyə çalışıb.