Venesuela müxalifətinin lideri Xuan Quaido öz "Twitter" səhifəsində Venesuelaya qayıtdığını elan edib.
Xuan Quaido hazırda öz sevimli torpağında olduğunu bildirib.
Quaidonun sözlərinə görə, o, hava limanından Karakasa getmək niyyətindədir.
"Infobae" portalının yazdığına görə, onu Fransa, Almaniya, Rumıniya, Niderland, Argentina və Braziliya səfirləri müşayiət ediblər.
Daha əvvəl Quaido martın 4-də Venesuelaya qayıdacağını bildirmişdi.