Fevralın 27-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin Sabirabad rayonunda vətəndaşlarla görüşməsi üçün qəbul təşkil edilib.
Rəsmi məlumata görə, qəbul zamanı vətəndaşlar əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl şəkildə mühüm addımlar atıldığına, həssas əhali qruplarına dövlət qayğısı əhəmiyyətli dərəcədə artırıldığına görə prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qəbulda iştirak etmək istəyən bir qrup vətəndaş isə görüş olan binanın qarşısında toplaşıblar, amma onları görüşə buraxan olmayıb. Onlar sosial vəziyyətlərinin çətin olmasından, yaşaya bilməmələrindən gileyləniblər.
Narazı vətəndaşlar saatlarla görüşə buraxılacaqları ümidi ilə yağış altında gözlədiklərini bildiriblər. Amma onları qəbul edən olmayıb. Vətəndaşlar dəfələrlə problemləri ilə bağlı dövləət qurumlarına müraciət etdiklərini, ancaq müraciətlərinin nəticəsiz qaldığını bildiriblər.
"Mediada haqsız çıxışı süni narazılıq kimi qiymətləndiririk"Nazirlik vətəndaşları narazılığına münasibət bildirib. Dövlət qurumu açıqlamasında bildirib ki, fevralın 18-də nazirin vətəndaş qəbulu ilə bağlı yayılmış elanda qəbula yazılmaq üçün fevralın 25-dək vaxt müəyyən edilib.
"Bu müddət ərzində qəbula yazılan 41 nəfərin hər biri nazir tərəfindən qəbul edilib və müraciətləri dinlənilib. Bununla yanaşı, qəbula yazılmayan 115 nəfərin ərizəsi qeydiyyata alınıb. Prosedura uyğun olaraq öncədən qəbula yazılmayan bir neçə nəfərin mediada haqsız çıxışını süni narazılıq yaratmaq kimi qiymətləndiririk".
Açıqlamada deyilir ki, təkcə nazir tərəfindən 2018-ci ildə 1200-dək vətəndaş (həm Bakı, həmdə bölgələrdə), bu ilin 2 ayı ərzində isə 150-dək vətəndaş qəbul edilərək dinlənilib, müraciətləri nəzərə alınıb.
[embed]https://www.youtube.com/watch?v=I8PZTPqc-kk[/embed]