22 Mart 2019
Mətni dəyiş
ABŞ prezidenti Donald Tramp növbəti dəfə etiraz və sensassiya doğuran fikir işlədib. O İsrailin 1967-ci ildə Suriyadan işğal etdiyi Qolan təpələrini İsrail ərazisi kimi tanımağın vaxtı gəldiyini bəyan edib.
Bu haqda Tramp öz Twitter hesabında yazıb: "52 ildən sonra İsrail və bölgənin sabitliyi üçün strateji və təhlüksizlik önəmi daşıyan Qolan təpələrinin İsrailin nəzarətinə olan ərazi kimi ABŞ tərəfindən tanınmasının vaxtı gəlib".
[embed]https://twitter.com/realDonaldTrump/status/1108772952814899200[/embed]
Trampın Suriya ərazisi olan Qolan təpələri ilə bağlı bəyanatından dərhal sonra İsrail Prezidenti Benyamin Netanyahu Trampın fikrinə dəstək verib öz məmnuniyyətini bildirib.
"İranın İsraili yer üzündən silmək üçün Suriyanı platforma kimi istifadə etdiyi bir zamanda Tramp cəsurca İsrailin Qolan təpələrinə nəzarətini tanıdığını bəyan edib. Təşəkkürlər Tramp" - deyə Netanyahu öz twitter hesabında yazıb.
Trampın Qolan təpələri ilə bağlı təklifinə Türkiyə tərəfinin də reaksiyası özünü gözlətməyib. Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu twitter hesabı vasitəsiylə ABŞ və İsrailə xəbərdarlıq edib. "ABŞ-ın İsrailin beynəlxalq hüquqa zidd həmlələrinə haqq qazandırmaq istiqamətində səyləri, regionda ancaq və ancaq daha çox zorakılıq və əzaba yola açacaq. Türkiyə, Suriyanın ərazi bütövlüyünü dəstəkləyir".
[embed]https://twitter.com/MevlutCavusoglu/status/1108808192774029312[/embed]
Xatırladaq ki, bundan öncə də ABŞ prezidentdi ABŞ-ın İsrail paytaxtı Tel-Əvivdəki səfirliyinin binasını Fələstinin paytaxtı Qüdsə köçürmüş və Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan etmişdi.