Pentaqon Meksika ilə sərhəddə divar çəkmək üçün 1 milyard dollar pul ayırdı. Bu pulla Meksika ilə ABŞ arasında 91 kilometr uzunluğunda divar çəkiləcək.
Meksika ilə sərhədd çəkmək ideyasını
Donald Tramp hələ ABŞ prezidentliyinə namizədliyi zamanı dilə gətirmişdi. O vaxt bu ideya çox adama gülünc görünürdü. İndi isə ideya gerçəkləşməkdədir. Haqqında bəhs olunan 91 km-lik divar ABŞ-ın Texas ştatının El-Paso bölgəsindən çəkiləcək. Bu haqda martın 25-də ABŞ Müdafiə Naziri Patrik Şanaxan
deyib.
Sərhəddə divar çəkmək istəyini Tramp ABŞ Konqressində dilə gətirdikdə, konqress bunu qeyri-ciddi fikir hesab edib və ona pul ayırmaqdan imtina edib. Tramp lazım olan pulu əldə etmək üçün fevral ayında ölkədə fövqəladə vəziyyət elan edib və beləlikcə konqressin ayırmadığı pulu ala bilib. Senat fövqəladə vəziyyəti ləğv etmək üçün səsvermə keçirib, amma Tramp senatın qərarına veto qoyub.
Tramp Meksika ilə sərhəddə divar arzusu uğrunda 2018-ci ildən bu yana çalışır. Onun inadkarlığı hətta bir il əvvəl ABŞ hökümətinin işini qismən dayandırmağa məcbur olduğu bir vəziyyətə də aparıb çıxarıb. Trampla ABŞ höküməti arasındakı münaqişə 2018-ci ildə hökümətin işini 35 günlük dayandırmasına da səbəb olub. Bu ABŞ tarixində hökümətin fəaliyyətsiz qaldığı ən uzun müddətdir.
Xatırladaq ki, Tramp Meksika ilə sərhəddi möhkəmləndirməyi Meksikadan gələn mühacir axını və narkotika qaçaqmalçılığının önünü kəsmək üçün istədiyini bildirirdi.